Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı


Dünya 11 İyl 2020 10:37:00 122 0

Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı

Venesuelada koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyət rejimi daha 1 ay müddətinə uzadılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Nikolas Maduro qərar verib.

Bununla da ölkədə fövqəladə vəziyyət dördüncü dəfə uzadılıb. Venesuelada fövqəladə vəziyyət martın 13-də elan edilmişdi. Rejim azı avqustun 10-dək davam edəcək.

Ötən sutka ərzində Venesuelada 431 yeni yoluxma, 3 ölüm qeydə alınıb. Bu günədək yoluxanların sayı 8 803, ölənlərin sayı isə 83 nəfərə çatıb.