Sumqayıtda yataqxanada yanğın olub


Digərləri 11 İyl 2020 09:21:00 152 0

Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıtda yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı və kabellər 5 p.m yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.