ÜST: dünyada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb


Dünya 11 İyl 2020 09:39:00 143 0

ÜST: dünyada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Dünyada son bir gündə 228 mindən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb.

Mİlli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bunun pandemiyanın başlanmasından bəri rekord göstərici olduğu bildirilib. 

Qeyd edək ki, bundan əvvəl təsdiqlənmiş virusa yoluxma hallarının ən çox sayı iyulun 4-də qeydə alınıb - 211 mindən çox.

Hazırda koronavirusa yoluxan xəstələrin ümumi sayının 12 milyondan çox olduğu vurğulanıb.