Qazaxıstanın Atırau bölgəsində karantin rejimi sərtləşdirilir


Dünya 11 İyl 2020 08:33:00 137 0

Qazaxıstanın Atırau bölgəsində karantin rejimi sərtləşdirilir

Qazaxıstanın Atırau vilayətində ən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstanın Baş Nazirinin müavini Yeralı Tuqjanov Atırau vilayətində epidemioloji vəziyyətlə bağlı təcili yığıncaq keçirib və vilayətdə sərtləşdirilmiş karantin rejimi tətbiq edilməsi qərara alınıb.

Almatı-Atırau, Aktobe-Atırau və Mangistau-Atırau istiqamətində sərnişin dəmir yolu nəqliyyatının dayandırılması qərara alınıb. Restoran, kafe, yeməkxana və ərzaq mağazaları yalnız evə çatdırılma rejimində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Atırau bölgəsində koronavirus infeksiyasına yoluxanların sayı 7 min 150 nəfərdir. Onlardan 4 min 693 xəstə sağalıb, 13 nəfər həyatını itirib.

Hazırda Atırau vilayətində 1429 həkim pandemiya ilə mübarizə aparır.