Koronavirusdan ölümə bu amillər səbəb ola bilər


Dünya 11 İyl 2020 08:28:00 122 0

Koronavirusdan ölümə bu amillər səbəb ola bilər

Böyük Britaniyanın Oksford Universitetinin alimləri koronavirusa yoluxduqda ölüm riskini artıran əsas amillər barədə məlumat veriblər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda "Nature" jurnalında məqalə dərc olunub.

Tədqiqatçılar Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin bütün pasiyentlərin 40 faizini təşkil edən 17 milyondan çox yetkin insanın məlumatlarını və 10 926 ölüm faktını təhlil ediblər.

Araşdırma zamanı COVİD-19-dan kişilərin, yaşlı insanların və tənha yaşayanların digərlərinə nisbətdə ölmə ehtimalının 1,59 dəfə daha yüksək olduğu təsbit edilib.

Bundan əlavə, Afrika və Asiya mənşəli olanlar digərlərinə nisbətən daha çox risk qrupundadırlar.