COVID19: Lüksemburq təhlükəli ölkələr siyahısına salınıb


Dünya 11 İyl 2020 08:13:00 156 0

COVID19: Lüksemburq təhlükəli ölkələr siyahısına salınıb

Lüksemburq Avropanın 62 ölkəsi ilə birlikdə təhlükəli ölkələr siyahısına salınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son həftə Lüksemburqda COVID-19 xəstələrinin sayı artdığı üçün Danimarka onu təhlükəli ölkələr siyahısına əlavə edərək, vətəndaşlarını bu ölkəyə getməməyə çağırıb.

Lüksemburqla yanaşı, Portuqaliya, İsveç kimi ölkələrin də adının qara siyahıya salındığı bildirilib.

Danimarka və Finlandiyadan əlavə, Norveç, Litva, Latviya, Estoniya da Lüksemburqu təhlükəli ölkələr siyahısına əlavə edib.