ABŞın üç ştatları sahillərində qasırğa təhlükəsi elan edilib


Dünya 11 İyl 2020 08:03:00 135 0

ABŞın üç ştatları sahillərində qasırğa təhlükəsi elan edilib

Atlantik okeanda əmələ gələn "Fey" qasırğası ABŞ-ın Nyu-Cersi ştatının sahillərinə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə qərərgahı Florida ştatının Mayami şəhərində yerləşən ABŞ-ın tufanları müşahidə üzrə milli mərkəzindən xəbər verilib.

Bildirilir ki, küləyin sürəti 23.6 m/s çatıb. Qasırğa episentri Atlantik-Siti şəhərindən 15 kilometr şimal-cənubda və 145 kilometr Nyu-York şəhərindən cənubdadır. Qasırğa saniyədə 6 metr sürətlə şimala doğru irəlləyir.

Delaver ştatının şimalında, Pensilvaniya ştatının şərqində və Nyu-York ştatının cənub-şərqində güclü leysan yağışlar və daşqınlar gözlənilir.