Latviya aviaşirkəti gələn ildən Bakıya uçuşlar həyata keçirəcək


Dünya 10 İyl 2020 22:55:00 139 0

Latviya aviaşirkəti gələn ildən Bakıya uçuşlar həyata keçirəcək

Latviyanın "AirBaltic" aviaşirkəti 2021-ci ilin aprelində Riqa-Bakı marşrutu ilə reyslərin həyata keçiriləcəyini elan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, şirkət 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış yay uçuş cədvəlini 2021-ci ilə keçirib.

Bakı "AirBaltic"in ilk 15 uçuş istiqamətləri arasında yer alıb. Bakıya uçuşlar aprelin 28-dən başlayacaq. Uçuş müddət 3 saat 35 dəqiqə davam edəcək.

Ümumilikdə, "AirBaltic" gələn il 82 marşrut üzrə reyslər həyata keçirməyi planlaşdırır ki, bu da bu illə müqayisədə 21 faiz çoxdur.