Estoniyadan uçuşlara qoyulan məhdudiyyət ayın sonunadək qüvvədə qalacaq


Dünya 10 İyl 2020 22:46:00 166 0

Estoniyadan uçuşlara qoyulan məhdudiyyət ayın sonunadək qüvvədə qalacaq

Estoniyanın İqtisadiyyat naziri Taavi Aas ölkədən uçuşlara qoyulan məhdudiyyətin iyulun 28-dək qüvvədə qalması barədə sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nazir bu məhdudiyyətlərin koronavirusa yoluxanların sayının 100 min nəfərə 25 yoluxma halını ötən ölkələrə şamil olunduğunu söyləyib.

Onun sözlərinə görə, ölkələr arasında nəqliyyat əlaqələrinin fəaliyyətinin necə inkişaf etdiyini izləmək çox vacibdir.