ÜST ekspertləri koronavirusu araşdırmaq üçün Çinə yol düşüb


Dünya 10 İyl 2020 22:32:00 152 0

ÜST ekspertləri koronavirusu araşdırmaq üçün Çinə yol düşüb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bir qrup eksperti Çinə yol düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu təşkilatın rəsmi nümayəndəsi Marqaret Harris brifinq zamanı deyib.

Ekspertlər Çində koronavirusun mənbəyinin müəyyənləşdirilməsi üzərində işlər aparacaq. Qeyd olunur ki, qrupun tərkibinə epidemioloqlar və zooloqlar daxildir.

Ekspert qrupupunun ilkin tapşırığı virusun heyvani mənbəyini dəqiqləşdirmək və onun heyvandan insana hans yolla keçdiyini müəyyənləşdirməkdir.