Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verilib


Dünya 10 İyl 2020 22:24:00 156 0

Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verilib

Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib.

Son.az APA-ya istinadən xəbər verir ki, Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib.