"Mənə ağıl öyrətmə, nitqimdə qüsur tuta bilməzsən"


Şou-biznes 10 İyl 2020 22:19:00 255 0

"Mənə ağıl öyrətmə, nitqimdə qüsur tuta bilməzsən"

"7 canlı" proqramında aparıcı Vüsalə Əlizadə ilə müğənni Emil Bədəlov arasında gərgin anlar yaşanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, Vüsalə ifaçıya "Mən evə qayıdıram" filmi ilə bağlı sual ünvanlayıb.

Emil isə soyadının səhv deyildiyindən şikayətlənərək "Xahiş edirəm, soyadımı düzəldin. "Bedelov" yox, "Bədəlov"dur" sözlərini söyləyib.

Vüsalə isə əsəbiləşərək "Mənim dilimdə qüsur tutursan? Mənə ağıl öyrətmə. Nitqimdə heç kim qüsur tuta bilməz, çünki təlimli aparıcıyam" cavabını verib.

Aparıcının müğənnini sözügedın ekran işində ciddi obraz yaratdığını deməsinə isə Bədəlov "Məni ciddi görməmisiz?" reaksiyasını verib. 

Son.az