Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başlayıb


Dünya 10 İyl 2020 21:57:00 153 0

Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başlayıb

Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sınaqlar könüllülər üzərində davam edir.

İyulun 15-də sınaqlarda iştirak etmiş könüllülərin ilk qrupu evə buraxılacaq.

Qeyd edək ki, vaksinin sınaqları Rusiyada iyunun 18-də başlayıb. Əvvəlcə könüllülərə vaksinin birinci komponenti yeridilib, daha sonra ikinci komponent əlavə olunacaq. Bu komponent immunitetin möhkəmləndirilməsinə xidmət edəcək.

Bu günədək sınaqlarda iştirak etmiş bütün şəxslərin özlərini yaxşı hiss etdiyi bildirilib.