Avstraliyanın ən böyük ikinci şəhərində yoluxma rekordu qeydə alındı


Dünya 10 İyl 2020 21:05:00 148 0

Avstraliyanın ən böyük ikinci şəhərində yoluxma rekordu qeydə alındı

Avstraliyanın ikinci ən böyük şəhəri olan Melburnda son sutka ərzində 288 koronavirusa yeni yoluxma faktı aşkarlanıb.

Son.az xəbər verir ki, bu, pandemiyanın ölkədə yayılmasından bəri qeydə alınan ən böyük gündəlik rəqəmdir.

Viktoriya ştatının Baş naziri Daniel Enryuz keçirdiyi mətbuat konfransında ştatdakı 1233 aktiv koronavirus xəstəsindən 12 nəfərinin reanimasiyada yatdığını, 47 nəfərin isə müxtəlif xəstəxanalarda müalicə aldığını bildirib.

O, xalqdan maska taxmağı və sosial məsafəyə riayət etməyi xahiş edib.