"Facebook" digər proqramların işinə çətinlik törədən qüsuru aradan qaldırmağa çalışır


Digərləri 10 İyl 2020 20:55:00 167 0

"Facebook" digər proqramların işinə çətinlik törədən qüsuru aradan qaldırmağa çalışır

"Facebook" iOS əməliyyat sistemi üçün nəzərdə tutulan yenilənmədən sonra yaranmış qüsurların aradan qaldırılması üzərində işləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin nümayəndəsi açıqlama verib.

Qeyd olunur ki, bir çox ölkədən "Facebook iOS SDK" yenilənməsinin işə düşməsi ilə əməliyyat sisteminin işində qüsurların yaranması barədə şikayətlər daxil olub. Belə ki, istifadəçilər "Viber", "Yandex", ""Spotify", "TikTok" kimi proqramların işində çətinliklərin yarandığını bildirib.

Şirkətdən verilən məlumata görə, hazırda yenilənmə üzərində iş aparılır. Bu işin nə qədər vaxta başa çatacağı məlum deyil.