İranda daha 142 nәfәr koronavirusdan ölüb


Dünya 10 İyl 2020 20:35:00 116 0

İranda daha 142 nәfәr koronavirusdan ölüb

İranda ötәn sutka әrzindә daha 142 nәfәr koronavirusdan (COVID19) ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, nelәliklә İranda bu virusdan ölәnlәrin sayı 12 447 nәfәrә yüksәlib.

Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 262 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 252 720 nәfәrә çatıb. Virus daşıyıcılarından 3 319 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi İranda 215 015 nәfәrin koronavirusdan sağaldığını deyib.

Sadat Lari bildirib ki, Xuzistan, Qәrbi Azәrbaycan, Şәrqi Azәrbaycan, Kürdüstan, Kirmanşah, Hörmüzqan, Buşehr, Rәzәvi Xorasanı vә İlam vilayәtlәrindә vәziyyәt ağırdır. İranda indiyәdәk 1,92 milyondan çox diaqnoz testi hәyata keçirilib.