"Televiziyaya çıxıram deyə, qanadlarımı qaldırıb yuxarı ilə gedim?"


Şou-biznes 10 İyl 2020 20:25:00 192 0

"Televiziyaya çıxıram deyə, qanadlarımı qaldırıb yuxarı ilə gedim?"

Əməkdar artist Rühəngiz Allahverdiyeva "Hər səhər" proqramında qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni sosial şəbəkədə yazılan şərhlərdən bəhs edib. O bildirib ki, hamıya cavab yazmağını dostları qınayır:

"Deyirlər, İnstaqramda heç kimə cavab vermə. Bu adam yazır ki, sizi sevirəm. Niyə yazmayım? Ona "təşəkkür" etmək ixtiyarım yoxdur? Yuxarıdan getmək iddiam yoxdur, olmayıb, olmayacaq da. Allah hamımıza eyni beyin orqan verib. Niyə insanları kiçiltməliyik?

Televiziyaya çıxıram deyə, qanadlarımı qaldırıb yuxarı ilə gedim? Kimisə özümüzdən əskik bilməliyik? Səbəb nədir? Hamı mənim kimi insandır. Hamıyla dil tapan adamam". 

Son.az