ABŞ və Yaponiya arasında tarixin ən böyük RAZILAŞMASI


Dünya 10 İyl 2020 19:55:00 140 0

ABŞ və Yaponiya arasında tarixin ən böyük RAZILAŞMASI

ABŞ Yaponiyaya 105 ədəd F-35 tipli döyüş təyyarəsi satışına dair razılıq verib.

Son.az xəbər verir ki, 23,11 milyard dollar dəyərində satış paketinə 63 konvensional eniş və qalxma edə bilən F-35A, 42 qısa məsafədə qalxma və şaquli eniş edə bilən F-35B tipli döyüş təyyarəsi daxildir.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyindən məsələ ilə bağlı verilən açıqlamada bildirilib ki, paketə 5 ədəd ehtiyat F-35 motoru da daxildir.

Bu proses gerçəkləşəcəyi təqdirdə Səudiyyə Ərəbistanı ilə 2010-cu ildə aparılan 29 milyard dollarlıq hərbi satışdan sonra ABŞ tarixinin ən böyük satışı olacaq.

Satışın gerçəkləşməsi üçün ABŞ Konqresinin 30 gün ərzində qərara etiraz etməməsi lazımdır. (publika.az)