Karantindən sonra ilk toyu onlar etdilər:


Digərləri 10 İyl 2020 19:31:00 225 0

Karantindən sonra ilk toyu onlar etdilər:

Keçmiş İordaniya kralının qızı Raya İbn Hüseyn ingilis jurnalisti Ned Donovan ilə evlənib.

Son.az xəbər verir ki, şahzadənin həyat yoldaşı Oskar mükafatlı aktrisa Patrisiya Neal və məşhur uşaq yazarı Roald Dahlın nəvəsidir.

Ned sevgi naminə dinini dəyişdirməyə razı olub və İslamı qəbul edib. Cütlüyün toyu apreldə baş tutmalı olsa da, pandemiya səbəbindən təxirə salınıb.

Şahzadə Rayanın toyu karantindən sonra keçirilən ilk kral mərasimidir. Şahzadə bu vacib günün şəkillərini Tvitterdə paylaşıb. İkinci toyun İordaniyada olacağı qeyd edilib. Gəlin uzun qolları olan, muncuqlarla və çiçəkli naxışlarla bəzədilmiş zərif paltar geyinib. Döşəməyə qədər uzanan fata ansamblın son akkordu olub. (publika.az)