Qazaxıstanın bölgələrində həftəsonu karantin rejimi sərtləşdirilir


Dünya 10 İyl 2020 19:37:00 132 0

Qazaxıstanın bölgələrində həftəsonu karantin rejimi sərtləşdirilir

Qazaxıstanın Kostanay vilayətində koronavirus infeksiyasının yayılmasının atması səbəbindən iyulun 11-dən 13-dək sərt karantin rejimi tətbiq ediləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son sutka ərzində Kostanay vilayətində 1435 koronavirusa yoluxma halı qeydə alınıb.

Bundan başqa, Almatı şəhərində də həmin günlərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Ümumiyyətlə, iyulun 5-dən Almatı şəhərində iş günləri ərzində ictimai nəqliyyat məhdud rejimlə fəaliyyət göstərir.