BNAnın ünvanına səsləndirilən tənqidlər qərəzlidir


Digərləri 10 İyl 2020 19:21:00 132 0

BNAnın ünvanına səsləndirilən tənqidlər qərəzlidir

Azərbaycanda gücləndirilmiş sərt karantin rejiminin tətbiq olunması ilə Bakı Metropolitenin fəaliyyəti dayandırıldı və ictimai nəqliyyatda əsas yük avtobus şəbəkəsinə, yəni Bakı Nəqliyyat Agentliyinin üzərinə düşdü. Bu dönəmdə isə BNA hərəkəti zəruri olan insanların rahat və təhlükəsiz daşınması üçün müxtəlif tədbirlər görür. Lakin buna baxmayaraq qurum sosial şəbəkələrdə müxtəlif tənqidlərə məruz qalır. Bu isə görülən işlərə kölgə salmaqla yanaşı pandemiya şəraitində işləyən insanlarda ruh düşkünlüyünə də səbəb ola bilər.

Bəs bu tənqidlərin əsas səbəbi nədir?

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycanda sərt karantin rejiminin tətbiq olunmasında məqsəd yoluxma həddini aşağı endirməkdir:

"Bu zaman ilk olaraq koronavirusa yoluxma ehtimalı daha çox olan sahələr araşdırılır və ilk olaraq onların qapanması ilə bağlı qərar verilir. Qapalı məkan kimi metro nəqliyyatı da virusun yayılmasında əsas risk daşıyan yerlərdən biridir və buna görə də bir müddət metropolitenin fəaliyyəti dayandırıldı. Metronun fəaliyyətinin dayandırılması ilə də sərnişindaşımada əsas yük Bakı Nəqliyyat Agentliyinin üzərinə düşdü. Agentlik isə tez bir zamanda metro stansiyaları arasında hərəkət edən ekspres avtobus xətlərini istifadəyə verdi".

Millət vəkili bildirib ki, bəzi insanlar görülən işləri başa düşmür və əsassız tənqidlər edir: