Tokionun qubernatoru paytaxt sakinlərinə çağırış etdi


Dünya 10 İyl 2020 19:25:00 148 0

Tokionun qubernatoru paytaxt sakinlərinə çağırış etdi

Tokionun qubernatoru Koike Yuriko iyulun 9-da Yaponiya paytaxtında koronavirus infeksiyasının kəskin artımı ilə bağlı sakinləri sayıqlığı artırmağa çağırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə paytaxt qubernatoru həmin gün rekord sayta - 224 yoluxma halı qeydə alındıqdan sonra bildirib.

Tokio hökumətinin koronavirus üzrə işçi qrupunun iclasında çıxış edən K.Yuriko deyib ki, yeni yoluxanların 75 faizinin 20-30 yaşlarında gənclər olması xüsusilə narahatedicidir.

Qubernator, həmçinin qeyd edib ki, yeni yoluxma hallarının əksəriyyəti Tokionun gecə əyləncə mərkəzləri ilə bağlıdır.