Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur


Digərləri 10 İyl 2020 18:25:00 159 0

Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur

Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, nazir hazırda iş başındadır: "Səhiyyə naziri bir neçə dəfə pandemiya dövründə müsahibə də verib: "Səhiyyə Nazirliyinin nümayəndələri ilə media arasında da görüşlər olur. Nazirlik əməkdaşları da həmişə media ilə mütəmadi əlaqə saxlayır".

Son.az