Hikmət Hacıyev: Gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək


Digərləri 10 İyl 2020 18:32:00 151 0

Hikmət Hacıyev: Gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək

Qarşıdan gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, gələn həftə ərzində Rusiya-Azərbaycan sərhədi boyunca 250 nəfərə qədər vətəndaşlarımızın, o cümlədən İrandan, Türkiyədən və digər ölkələrdə olan vətəndaşlarımızın Azərbaycana gətirilməsi nəzərdə tutulur.

PA rəsmisi vurğulayıb ki, həftə ərzində Gürcüstanda olan təxminən 200 vətəndaşımızın da quru sərhədi vasitəsilə Azərbaycana keçidi təmin olunacaq.

H.Hacıyev əlavə edib ki, həftə ərzində Budapeşt-Bakı istiqamətində də vətəndaşlarımız gətiriləcək. Onun sözlərinə görə, xüsusən Macarıstanda tələbələr var, Daşkənd-Bakı, Moskva-Bakı, Yekaterinburq-Bakı və Doha-Bakı istiqamətində Azərbaycan vətəndaşlarının gətirilməsi nəzərdə tutulub.