Koronavirusla mübarizə aparan tibb işçiləri maksimum xüsusi geyimlə təmin olunur


Digərləri 10 İyl 2020 18:33:00 168 0

Koronavirusla mübarizə aparan tibb işçiləri maksimum xüsusi geyimlə təmin olunur

İşlədiyi yerdən asılı olaraq tibb işçiləri üçün xüsusi geyimlərin istifadə qaydaları fərqlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizə aparan tibb işçiləri maksimum xüsusi geyimlə təmin olunur: "Koronavirus xəstələrinin müalicə aldığı tibb müəssisəsində olan personal maksimum xüsusi geyimlə vaxtında təmin edilir. Poliklinikada çalışanlarla koronavirus xəstələri ilə işləyən tibb personalı eyni deyil".