Bakıda koronavirusdan evdə müalicə olunanların sayı açıqlanıb


Digərləri 10 İyl 2020 18:15:00 146 0

Bakıda koronavirusdan evdə müalicə olunanların sayı açıqlanıb

Bakı üzrə ambulator şəraitdə 10 202 koronavirusdan müalicə olunan vətəndaşımız var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov bildirib.

N.Zeynalov qeyd edib ki, bunlar simptomsuz, az simptomlu vətəndaşlardır "Bunların arasında uşaqlar da var, yaşlılar da. Həmin şəxslər mütəmadi nəzarətdə saxlanılır. Regionlarda evdə izolyasiya tədbirlərinə hələ ki, ehtiyac yoxdur"

Son.az