Həftəsonu sərt karantin ərazilərində dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək


Digərləri 10 İyl 2020 18:00:00 155 0

Həftəsonu sərt karantin ərazilərində dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək

Dializ xəstələrinin sərt karantin şəraitində xəstəxanaya çatdırılmasında problem olmayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, sərt karantin günlərində ictimai nəqliyyat işləməsə də, Bakı Nəqliyyat Agentliyi bunun üçün xüsusi nəqliyyat vasitəsi ayırıb: "Bu həftə sonu sərt karantin elan olunan ərazilərdə dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək. Bu sahədə hansısa problem yaranacağı gözlənilmir. Bu məsələ diqqətdə saxlanılır".