XİNin Konsulluq İdarəsinin daha bir əməkdaşı həbs edildi


Digərləri 10 İyl 2020 17:48:00 157 0

XİNin Konsulluq İdarəsinin daha bir əməkdaşı həbs edildi

Xarici işlər Nazirliyinin Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyev həbs edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, İlqar Əliyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xarici işlər Nazirliyinin Konsulluq İdarəsinin rəsi Faiq Bağırov da saxlanılıb və məhkəməyə gətirilib. O Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinir. Səbail Məhkəməsində hakim Şahin Abdullayev sədrliyi ilə Faiq Bağırova qarşı irəli sürülmüş ittihamlar üzrə təqdimata baxılır.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyatın nəticəsində nazirliyin 3 vəzifəli şəxsi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlar XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevdir.