Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib


Siyasət 10 İyl 2020 17:02:00 132 0

Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqaya təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Monqolustanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Monqolustan münasibətləri həm ikitərəfli, həm də beynəlxalq müstəvidə bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".