Yoluxma ilə sağalma sayı eyniləşir


Digərləri 10 İyl 2020 17:21:00 146 0

Yoluxma ilə sağalma sayı eyniləşir

Yoluxma ilə sağalma sayı eyniləşir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, biz artıq sabitləşmə ilə rastlaşırıq: "Yoluxanlarla sağalanlar arasında eyniləşmə baş verir. Artıq vətəndaşlar qaydalara əməl etməsindən biz sabitləşməyə nail olmuşuq. İnsanlar daha ciddi şəkildə qaydalara əməl edir. Vətəndaşlar xəstəliyin ciddiliyinə inanır. Nə qədər qaydalar sərtləşsə də, biz birləşməsək xəstəliyə qalib gələ bilmərik".