Qadını və görüşdüyü kişini öldürüb, bədənlərini hissələrə ayırdılar


Dünya 10 İyl 2020 17:09:00 136 0

Qadını və görüşdüyü kişini öldürüb, bədənlərini hissələrə ayırdılar

ABŞ-ın Vaşinqton ştatının Sitl şəhərində bir qrup gənc, sahildəki qayalıqlarda sahibsiz bir çuval tapıblar.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, çuvalı açan gənclər həyatlarının şokunu yaşayıblar. Gənclərin pul olduğunu zənn edərək açqıqları çuvaldan insan bədəninin hissələri aşkarlanıb.

İyunda baş verən olayda, gənclər çuvalı açdıqları anları kameraya çəkərək TikTok adlı sosial şəbəkədə paylaşıblar. Gənclərin bu paylaşımı polisləri araşdırmağa başlamağa vadar edib.

Sitl polisi cəsədi ekspertizaya təhvil verib. Aparılan analizlərdən sonra bədən hissələrinin 35 yaşlı Cessika Levis və 27 yaşlı sevgilisi Austin Vennerə məxsus olduğu üzə çıxıb. Levis və Vennerin bədənləri hissələrə parşalanmamışdan öncə bir neçə dəfə onlara atəş açılaraq öldürüldükləri də tibbi ekspertizanın araşdırmasında məlum olub.

Levis və 27 yaşlı sevgilisi Austin Kaş Vennerin 8 ildir birlikdə olduqları məlumatları təsdiqini tapıb. Qeyd edək ki, Levis adlı qadın 4 uşaq anası idi.