"Gedib gizli dincəlirlər, utanmadan da paylaşırlar"


Şou-biznes 10 İyl 2020 16:02:00 162 0

"Gedib gizli dincəlirlər, utanmadan da paylaşırlar"

Martın 14-dən indiyənə kimi bir manat pul qazanmıram. Sosial şəbəkədə ən çox bizim üstümüzə düşürlər. Amma bütün günü evdə otururam. Gündə bir dəfə 15 dəqiqəlik marketə gedib qayıdıram. Üç oğlum var, həyətə düşmək, oynamaq, dənizə, istirahətə getmək istəyirlər. Amma qoymuram.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İzzət Bağırov "5/5" verilişində deyib. Sənətçi karantin günlərində istirahətə gedənləri tənqid edib:

"Rayonlara gedənlər də bilinmir hansı yolla gedir. Amma ifşa edilirlər. Karantindirsə, hamı üçün karantindir. Gizlin gedib istirahət edirlər, utanmadan paylaşırlar və evdə oturanlarda da qıcıq yaradırlar".