"United Airlines" aviaşirkəti 36 min əməkdaşın işdən azad oluna biləcəyi barədə xəbər verib


Dünya 10 İyl 2020 08:08:00 172 0

"United Airlines" aviaşirkəti 36 min əməkdaşın işdən azad oluna biləcəyi barədə xəbər verib

Amerikanın "United Airlines" aviaşirkəti xəbərdarlıq edib ki, koronavirus pandemiyası səbəbindən 3 aylıq məhdudiyyətlərdən sonra turizm sahəsinin fəallığı bərpa edilməyəcəyi təqdirdə oktyabr ayında aviaşirkətin 36 minədək əməkdaşı işdən azad edilə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aviaşirkətin rəhbərliyin bu məlumatı çərşənbə günü "United Airlines"in bütün əməkdaşlarına göndərilib.

Məktubda deyilir: "Reallıq odur ki, "United Airlines" şirkəti səyahətlərə bu cür aşağı tələbatı nəzərə alaraq, şirkət əməkdaşlarına ödənilən belə əməkhaqqı səviyyəsi ilə oktyabrın 1-dən sonra öz fəaliyyətini sadəcə olaraq davam etdirə bilməyəcək".

"United Airlines" şirkətinin rəhbərliyi bildirib ki, personalın ixtisarından əvvəl əməkdaşlara könüllü olaraq məcburi ödənişsiz məzuniyyət götürməyə imkan verəcəyini planlaşdırır. Bəzi əməkdaşlar aviadaşımalara gələcək tələbatdan asılı olaraq yenidən işə qəbul edilə bilər.