Sabiq parlament sədri, millət vəkili koronavirusdan öldü Ölümöncəsi ürəksızladan mesajı


Dünya 10 İyl 2020 07:00:00 139 0

Sabiq parlament sədri, millət vəkili koronavirusdan öldü  Ölümöncəsi ürəksızladan mesajı

Qırğızıstanın parlamentinin sabiq sədri, Sosial Demokrat Partiyasından millət vəkili Çanıbey Tursunbekov koronavirusdan dünyasını dəyişib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Tursunbekovun ölümündən bir saat öncə Whatsappda Türk-Qırğız dostluq qrupuna yazdığı mesaj  daha çox diqqəti cəlb edib. "Cənab səfir çox yoruldum. Ölmək üzrəyəm. Həmən Türkiyəyə. Həmən təyyarə təşkil edim. Yardım edin. Təyyarə təcili qalxsın. Məni Türkiyəyə götürün" mesajları sabiq deputatın dostlarının və yaxınlarının ürəyini sızladıb. 

Türkiyənin Qırğızıstandakı səfiri Cengiz Kamil Fırat da ona cavbında yazib: "Ambulans təyyarə lazımdı. Xahiş edirəm əgər xəstəxanadasınızsa  mənə sonuncu test cavablaırnı və epikirizin cavıbının fotoqrafını göndərin". Bu yazışmdan qısa zaman sonr Tursunbekov dünyasını dəyişib.