Gürcüstanın turizm sektorunun 4,5 milyard lari borcu var


Dünya 10 İyl 2020 07:48:00 180 0

Gürcüstanın turizm sektorunun 4,5 milyard lari borcu var

Gürcüstanın turizm sektorunun hazırda 4,5 milyard lari (təqribən 1,30 milyard avro) borcu var. Bu məbləğin 3 milyard larisi hüquqi şəxslərin, 1,5 milyardı isə turizm sahəsində çalışan fiziki şəxslərin payına düşür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili söyləyib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvarına qədər heç kim bu məbləği ödəyə bilməyəcək.

"Vəziyyətdən çıxış yolu Gürcüstanda turizm vergisinin tətbiq edilməsidir", - deyə Alaverdaşvili vurğulayıb.

Bildirilib ki, Tbilisidə turist orta hesabla 3,5-4 gün qalır. Əgər bir ildə şəhərə 2 milyon turist gəlsə, il ərzində vergi hesabına 7 milyon avro toplamaq olar.

Federasiya rəhbəri deyib ki, vergi bir gün üçün 1-2 avrodan çox olmamlıdır.

Ş.Alaverdşvili onu da qeyd edib ki, turizm sektorunda verginin tətbiqi ilə əlaqədar müvafiq qanun layihəsi də hazırlanıb.