Qızının fotosunu ilk dəfə paylaşdı


Digərləri 10 İyl 2020 01:30:00 198 0

Qızının fotosunu ilk dəfə paylaşdı

Əfsanəvi yamaykalı atlet Useyn Boltun mayın 19-da ata olması barədə xəbər vermişdik.

Son.az xəbər verir ki, Bolt ilk dəfə idi ki, ata olurdu və ötən gün o qızının fotosunu ilk dəfə paylaşaraq ona "Olimpiya" adını qoyduğunu bildirib.

Bildirilir ki,əfsanəvi atlet qızının şəklini onun anasının doğum günündə paylaşıb. İyulun 7-də Kazi Benettinin 30 yaşı tamam olub. Bolt qızının şəklini "instaqram"da paylaşıb və belə yazıb: "Olimpiya Laytninq Bolt". (publika.az)