Məşhur xəstəxananın təcili yardım xidməti dayandırılıb


Dünya 10 İyl 2020 00:45:00 182 0

Məşhur xəstəxananın təcili yardım xidməti dayandırılıb

Londondakı məşhur Hilinqdon xəstəxanasının işçiləri arasında koronavirusa yoluxma halları artdığı üçün xəstəxananın təcili yardım xidməti dayandırılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, burada çalışan 70 tibb işçisində koronavirus aşkarlandıqdan sonra onlar özlərini təcrid ediblər.

Lakin İngiltərə Xalq Sağlamlığı rəsmilərinin tövsiyəsi ilə xəstəxananın təcili yardım xidməti fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Böyük Britaniyanın bir çox bölgəsində virusa yoluxma hallarında artım müşahidə olunur.