Fransadan Huaweiyə dəstək Avadanlıqlardan imtina etməyəcəyik


Digərləri 09 İyl 2020 23:20:00 189 0

Fransadan Huaweiyə dəstək  Avadanlıqlardan imtina etməyəcəyik

Fransa 5G şəbəkəsinin qurulmasında Huawei avadanlığının istifadəsini qadağan etməyəcək.

Son.az ted.az-a istinadən bildirir ki, bu barədə Fransanın "Les Echos" qəzetinə verdiyi müsahibədə Kibermühafizə Departamentinin rəhbəri Guillaume Pupar açıqlama verib.

Pupar qeyd edib ki, Fransa hakimiyyəti operatorları digər şirkətlərin avadanlıqlarından istifadə etməyə təşviq edəcək: "Artıq Huawei ilə işləyən şirkətlər 3-8 il arasında əməkdaşlığı davam etdirmək üçün icazə alıblar".

Xatırladaq ki, bundan əvvəl Birləşmiş Ştatların Ticarət Departamenti ABŞ şirkətləri üçün əvvəllər tətbiq olunan Huawei ilə əməkdaşlığa qoyulan qadağanın qaldırıldığını açıqlamışdı.