Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapılıb YENİLƏNİB


Digərləri 09 İyl 2020 23:51:00 223 0

Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapılıb  YENİLƏNİB

23:51

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Son.az Trend-ə istinadən bildirir ki, həmin ərazidə batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu və 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

20:29

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb.

Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.