Günün qoroskopu: Yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın


Digərləri 10 İyl 2020 00:01:00 191 0

Günün qoroskopu: Yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Günün ilk yarısından formalaşan situasiya və hadisələrin axarı sizdən ayıq olmağı, maksimal konsentrasiyanı tələb edir. Tənbəllik etməyin. Aktual məsələlərin həllində maksimum qüvvə və inadla çalışın. Yalnız belə olarsa, uğur qazanacaqsınız. Günün kiinci yarısında anlaşma və ya sövdələşmənin qanun çərçivələrindən kənara çıxmamasına can atın. Maliyyə resurslarınızla risk etməyin. Məğlubiyyət, geriləmə ehtimalları var. Axşam saatlarını yaxınlarınızla təmaslara ayırın.

Buğa - Bu və digər situasiyada fərqli davranış modelini seçə bilərsiniz. Ətrafınızdakı insanlardan biri sizi dəstəkləyəcək. Yaxın səfər, uzağa səyahət təklif olunursa - razılaşın. Yaydır, bir qədər istirahətə ehtiyac duyulur. Günün ikinci yarısında səslənən təkliflərdən biri gərəkli, hətta maraqlıdır. Sevdiyiniz insanla münasibətlərdə uzaqgörən olun. Sözlərinizə, hərəkətlərinizə qarşı tərəfin reaksiyasını əvvəlcədən təxminləməyə can atın. Axşam saatlarında sosiopatlıq etməyin.

Əkizlər - Prioritetlər arasında zəruri ehtiyacları və əsas məsələləri ön plana çıxarın. Yaşam arealı, gəlirlər, qidalanma, səhhət - bütün bunlar diqqət tələb edən nüanslardır. Pulunuzu məhz həmin sferalara sərf edin. Günün ikinci yarısında istirahət və əyləncəni unudun. Tanışlar, dostlar və ya sabiq həmkarlardan biri vasitəsilə əlavə gəlir mənbəyi tapmaq olar. Sayıq və aktiv olun.  Yaxınlarınızla ünsiyyətdə saxtakarlıq etməyin. Müvazinətdən çıxmayın, dava axtarmayın.

Xərçəng - Maddi baxımdan özünüzü rahat hiss etməyəcəksiniz. Pulunuzun qədrini bilin. Ətrafınızdakı insanların istəklərindən hali olun. Xidməti fəaliyyət müstəvisində əhəmiyyətli irəliləyişə nail olmaq şansları yaranıb. Günün ikinci yarısında yaşam arealını nizama salın. Alış-verişdə impulsiv olmayın. Hər gördüyünüz, istədiyiniz əşyanı almağa dəyməz.  Sizi narahat edən məsələlərlə bağlı axşam saatlarında ailə üzvləri, dəyərləndirdiyiniz insanlarla danışmaq olar.

Şir - Rutin işlər sizi bezdirə bilər. Mümkündür. Amma cari işləri yarımçıq qoyaraq yeni layihəyə start vermək ən azı məntiqsizlikdir. İstək, illüziya və xəyallarınızın əsirinə çevrilərək reallıqdan kənarlaşmayın. Günün ikinci yarısında uzunmüddətli planlaşdırma ilə məşğul olmaq zamanıdır. Maliyyə ehtiyatlarınızı dəqiq qiymətləndirin. Avantüristlik etməyin. Bununla yanaşı, yalnız puluna və ya əlaqələrinə güvənən insanın qarşısında geri çəkilərək vicdanınızı susdurmayın. Günün mənzərəsini görün. Yaxınlarınızdan biri sizi təəssüfləndirə bilər.

Qız - İşlərin gedişatından şikayətlənmək üçün səbəb yoxdur. Fəaliyyətinizin nəticələri sizi sevindirəcək. İşdə rəhbərliyin göstərişlərini yerinə yetirin. Amma maaşınızdan və ümumiyyətlə, durumunuzdan narazısınızsa, iş yerini dəyişmək barədə düşünmək gərəkdir. Günün ikinci yarısında nüfuzunuza zərbə vura biləcək qərarlar verməyin. Ailə üzvləri qarşısında mənəvi borcunuzu, məsuliyyətinizi unutmayın. Səhlənkar insan təsiri bağışlamayın.

Tərəzi - Maliyyə problemlərinin həllinə səhər saatlarından başlasanız, yaxşıdır. Həmkarlarla və tərəfdaşlarla işbirliyi istənilən layihədə uğur şanslarını artıracaq. Pulları yalnız ən önəmli işə sərf edin. Günün ikinci yarısında kommunal ödənişlər, ərzaq və bu kimi vacib məqsədlərə pul xərcləyəndə simiclik etməyin. Kredit və cərimələri ödəyin. Axşam saatlarında hisslərinizi etiraf edə bilərsiniz.