Robotlar 30 saniyədə 1 PlayStation 4 istehsal edirlər


Digərləri 09 İyl 2020 23:45:00 199 0

Robotlar 30 saniyədə 1 PlayStation 4 istehsal edirlər

Sony şirkəti Yaponiyadakı müəssisələrində işi robotlara həvalə edib.

Son.az ted.az-a istinadən bildirir ki, nəticədə hər 30 saniyədə 1 PlayStation 4 istehsal olunur.

Müəssisədə Mitsubishi istehsalı olan 32 robot çalışır. Robotlara 4 mütəxəssis nəzarət edir. Onların öhdələrinə düşən isə əsas kartı istehsal xəttinə yükləməkdən ibarətdir.

Yaxın günlərdə prosesin PlayStation 5-ə tətbiq olunacağı gözlənilir.