Tvitter bu hesabları birdəfəlik bağladı


Digərləri 09 İyl 2020 23:50:00 183 0

Tvitter bu hesabları birdəfəlik bağladı

Tvitter Türkiyə və Qətərin əleyhinə paylaşımlar edən Birləşmiş Ərəb Əmirliklərindən yönləndirilən bir neçə hesabı bağlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, araşdırmalar nəticəsində sözügedən 19 hesabın keçən il müxtəlif adlarla 90-dan çox məqalə yayımladıqları məlum olub.

Özlərini mütəxəssis kimi təqdim edən hesab sahiblərinin BƏƏ tərəfindən yönləndirildiyi ortaya çıxıb. Hesab sahiblərinin Türkiyənin Liviyadakı rolundan narahat olduqları da sübut edilib.