Türkiyədə koronavirusdan sağalanların sayı 190 min nəfəri ötüb


Dünya 09 İyl 2020 22:12:00 145 0

Türkiyədə koronavirusdan sağalanların sayı 190 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 300 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 024 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 209 962 nəfərə çatıb.