Tvitter bu sözlərdən istifadəni qadağan edəcək


Digərləri 09 İyl 2020 22:45:00 150 0

Tvitter bu sözlərdən istifadəni qadağan edəcək

Tvitter paylaşımlarda və şirkət daxilindəki danışıqlarda "nökər", "sahib", "qara siyahı" kimi sözlərdən istifadəni qadağan edəcək.

Son.az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin rəsmi, yazılı məlumatında bildirilib.

Məlumatda qeyd edilib ki, bu qadağa Amerikada Corc Floydun polis tərəfindən öldürülməsi ilə əlaqədar tətbiq olunub. Şirkət rəsmi açıqlamasında sosial şəbəkələrdə hələ də bitməyən etirazlarla bağlı olaraq Tvitterin proqramlaşdırma dilində dəyişiklik etmək məcburiyyətində qaldığını bildirib.