Ağsuda taxıl sahəsi yanır


Digərləri 09 İyl 2020 19:38:00 210 0

Ağsuda taxıl sahəsi yanır

Ağsu rayonunun Nüydü kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verib. Yanğının yaxınlıqdakı əkin sahələrinə və meşə zolağına keçmə təhlükəsi yaranıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.