Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yanğın törədiblər
Digərləri 09 İyl 2020 19:26:00 155 0
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədiblər.
Son.az APA-ya istinadən xəbər verir ki, erməni hərbçilər Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin ərazisinə od vurub. Alov qısa müddətdə geniş əraziyə yayılıb. Hazırda alov qoşunların təmas xəttinə çatıb.
Alovun tüstüsü rayonun bütün yaşayış məntəqələrindən aydın görünür.
Mənbə: milli.az