DİM bakalavarlara xəbərdarlıq etdi


Digərləri 09 İyl 2020 18:14:00 156 0

DİM bakalavarlara xəbərdarlıq etdi

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrlara müraciət edib.

Mərkəzdən Son.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanların qeydiyyatı 2020-ci il iyulun 6‑dan başlayıb və iyulun 15-dək davam edəcək.

Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir:

"Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.