4 yaşlı uşağını qonşuya tapşıran ana


Dünya 09 İyl 2020 15:57:00 163 0

4 yaşlı uşağını qonşuya tapşıran ana

Türkiyənin Dənizli şəhərinin Çivril qəsəbəsində 26 yaşlı gənc qadın, 4 yaşlı oğlan övladını qonşusuna tapşırdıqdan sonra özünü öldürüb.

Son.az Sondakika.com-a istinadən xəbər verir ki, evində özünü tavandan asaraq intihar etdiyi iddia edilən Fatma K.-nın meyitini qonşuda olan 4 yaşlı oğlu aşkar edib. Uşaq qapısı açıq olan evlərinə qayıtdıqda tavandan anasının asılmış cansız bədəni ilə qarşılaşıb. Hadisə bu gün səhər saatlarında baş verib. 

Polislər gənc ananın intiharının səbəbini araşdırır.