3 yaşlı qardaşı qızına pis vərdiş öyrədən əmi saxlanıldı:


Dünya 09 İyl 2020 12:19:00 212 0

3 yaşlı qardaşı qızına pis vərdiş öyrədən əmi saxlanıldı:

Türkiyənin Mardin vilayətinin Qızıltəpə qəsəbəsində bir nəfər 3 yaşlı uşağa siqaret çəkdirdiyi görüntüləri sosial şəbəkədə paylaşıb. 

Son.az Sondakika.com-a istinadən xəbər verir ki, Mehmet K. adlı şəxs 3 yaşlı qardaşı qızına siqaret çəkdirdiyi kadrları telefonunun kamerası ilə çəkərək sosial şəbəkə hesabında paylaşınca təqibçilərinin sərt reaksiyası ilə qarşılaşıb. 

Mardin Ailə, Əmək və Əhalinin Müdafiəsi Agentliyi cinayət məsuliyyəti daşıyan bu olayla bağlı polisə müraciət edib. Mehmet K.-nın ünvanı müəyyən edilərək saxlanılıb.