Xızıda yük avtomobili yandı


Digərləri 09 İyl 2020 09:34:00 189 0

Xızıda yük avtomobili yandı

Xızı rayonunun Təzəkənd kəndində "HOWO" markalı yük avtomobilinin arxa təkəri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.